olkepress.com
olkepress.com

Dünyada koronavirusa yoluxanların sayı 42 milyonu keçdi

24-10-2020, 14:03

Dünyada koronavirusa yoluxanların sayı 42 milyonu keçdi Dünyada 42 490 278 nəfərdə koronavirus aşkarlanıb.

Ölkəpress.com xəbər verir ki, bu barədə "Worldometers" onlayn statistikasında qeyd olunur.
Virusdan 1 149 237 xəstə ölüb, 31 427 585 nəfər sağalıb.

Asiyada 12 983 722, Şimali Amerikada 10 482 747, Cənubi Amerikada isə 9 274 079 nəfərdə virus aşkarlanıb.

Virusa yoluxma sayı 1 milyonu keçən dövlətlər ABŞ (8 746 953 nəfər), Hindistan (7 814 682 nəfər), Braziliya (5 355 650 nəfər), Rusiya (1 480 646 nəfər) İspaniya (1 110 372 nəfər), Argentina (1 069 368 nəfər) və Fransadır (1 041 075).

İranda 556 891, Türkiyədə 357 693, Ermənistanda 73 310, Gürcüstanda isə 24 562 nəfərdə koronavirus müəyyən edilib.

Azərbaycanda koronavirusa yoluxan 48 221 nəfərin 656-sı ölüb, 40 831-i sağalıb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Nisan 2024    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi