olkepress.com
olkepress.com

Lukaşenko Belarus prezidenti kimi vəzifəsinə başladı - VİDEO

23-09-2020, 21:33

Lukaşenko Belarus prezidenti kimi vəzifəsinə başladı - VİDEOAleksandr Lukaşenko Belarus prezidenti kimi vəzifəsinə başlayıb. Andiçmə mərasimi hazırda “Müstəqillik Sarayı”nda baş tutur.

Bu barədə BELTA xəbər yayıb.

Mərasimə yüz nəfərə yaxın qonaq dəvət edilib. Onların arasında yüksək vəzifəli şəxslər, Nümayəndələr Palatasının deputatları və Respublika Şurasının üzvləri, dövlət orqanlarının və ictimai təşkilatların, yerli icra və inzibati orqanların rəhbərləri, respublika kütləvi informasiya vasitələrinin nümayəndələri, elm, mədəniyyət və idman xadimləri var.

Sağ əlini Konstitusiyaya qoyan Aleksandr Lukaşenko Belarus dilində and içib və andiçmə aktını imzalayıb.

Bundan sonra Mərkəzi Seçki Komissiyasının sədri Lidiya Yermoşina Aleksandr Lukaşenkoya Belarus Respublikası Prezidentinin vəsiqəsini təqdim edib.

Xatırladaq ki, Belarusda prezident seçkiləri avqustun 9-da keçirilib. MSK-nın məlumatına görə, seçicilərin 80,1 faizi Aleksandr Lukaşenkoya səs verib. Bütövlükdə ölkədə seçici fəallığı 84,28 faiz təşkil edib.

Ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Nisan 2024    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi