olkepress.com
olkepress.com

Ərdoğan: “Ermənistan Cənubi Qafqazda davamlı sülh və sabitliyə ən böyük maneədir”

22-09-2020, 19:35

Ərdoğan: “Ermənistan Cənubi Qafqazda davamlı sülh və sabitliyə ən böyük maneədir”“İyul ayında Azərbaycan ərazilərinə hücum edən Ermənistan Cənubi Qafqazda davamlı sülh və sabitliyə ən böyük maneə olduğunu bir daha sübut etdi”.

Bu fikri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının videoformatda keçirilən sessiyasında səsləndirib.

Regiondakı münaqişələrdən söz açan Türkiyə lideri bildirib:

“Bölgədəki münaqişələrin, xüsusən də Dağlıq Qarabağ münaqişəsinin Azərbaycan və Gürcüstanın ərazi bütövlüyü və suverenliyi, Birləşmiş Millətlər Təşkilatı və ATƏT-in qətnamələri ilə mümkün qədər tez həll olunmasının tərəfdarıyıq”.

Ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi