olkepress.com
olkepress.com

Türkiyədə koronavirusdan ölənlərin sayı artıb

7-09-2020, 19:15

Türkiyədə koronavirusdan ölənlərin sayı artıbTürkiyədə son sutka ərzində koronavirusdan ölənlərin sayında artım olub.

Bu barədə ölkənin Səhiyyə naziri Fahretin Koca özünün “Twitter” səhifəsində yazıb.

Nazir bildirib ki, son 24 saatda koronavirusdan 53 nəfər ölüb.

96 842 şübhəli koronavirus testindən keçib, onlardan 1578-nin cavabı pozitiv çıxıb, ağır xəstə sayı 1102 nəfər olub, 1013 xəstə isə sağalaraq evə buraxılıb.

Türkiyədə ümumilikdə 279 806 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, indiyədək onlardan 251105 nəfər sağalıb, 6673 nəfər ölüb.

Ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi