olkepress.com
olkepress.com

Səudiyyə Ərəbistanı kralının şəxsi mühafizəçisi öldürülüb

29-09-2019, 14:05

Səudiyyə Ərəbistanı kralının şəxsi mühafizəçisi öldürülübSəudiyyə Ərəbistanı kralının şəxsi mühafizəçisi, briqada generalı Əbdüləziz bin Bəddah əl-Fağım öldürülüb.

APA-nın SPA agentliyinə istinadən verdiyi məlumata görə, hadisə dünən axşam Ciddə şəhərində baş verib.

General axşam saatlarında dostu Turki Ben Abdel-Əzizin evinə qonaq gedib. Evdə Əbdüləziz bin Bəddah əl-Fağımın digər dostu Mahmud Ben Maşaal da olub. General və Mahmud Ben Maşaal arasında mübahisə olub. Sonuncu mübahisədən sonra evi tərk edib, daha sonra silahla geri dönərək atəş açmağa başlayıb. Nəticədə Əbdüləziz bin Bəddah əl-Fağım, ev sahibi və evdə çalışan filippinli xidmətçi yaralanıb.

Hüquq-mühafizə orqanları hadisə yerinə gəlib. Mahmud Ben Maşaal təslim olmaq istəməyib və atışma zamanı öldürülüb. Hadisə zamanı təhlükəsizlik qüvvələrinin 5 əməkdaşı da yaralanıb.

Kralın mühafizəçisi və digər yaralılar xəstəxanaya yerləşdirilib. Ancaq həkimlərin səylərinə baxmayaraq, Əbdüləziz bin Bəddah əl-Fağım həyatını itirib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi