olkepress.com
olkepress.com

Üzən metal hazırlanıb - VİDEO

13-11-2019, 16:58

Üzən metal hazırlanıb - VİDEOABŞ alimləri metala suda batmamağa imkan verən yeni texnologiya yaradıblar.

Yeniavaz.com "ICTnews"a istinadən xəbər verir ki, məlumata görə, tədqiqatçılar maddəyə hidrofob xüsusiyyətlər verən yeni metal emalı üsulu hazırlamağa nail olublar. Yeni metodun mahiyyəti ondan ibarətdir ki, metal materialda çoxlu hava köpükləri yaradan qısa impulslar saçan lazerlə emal olunur. Bunun sayəsində əşya batmayaraq su səthi üzərində qalır. Qeyri-adi texnologiyanın iş prinsipi videoda nümayiş olunub. Kadrlarda nümunələrdən biri adi alümindən hazırlanıb, ikincisi emal edilərək hidrofob xüsusiyyətlərlə təchiz edilib. Texnologiya yaradıcılarının sözlərinə görə, hətta dəlikli emal edilmiş material asanlıqla suyun üzərinə çıxır. Bundan başqa, lazerdən istənilən bərk maddənin "üzmək" xüsusiyyətlərinə malik olması üçün istifadə etmək mümkündür. Texnologiyadan gəmiqayırma və müxtəlif üzən obyektlərin yaradılmasında istifadə planlaşdırılır.

Ölkəpress.com



XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi