olkepress.com
olkepress.com

İtmiş amerikan sualtı qayığı Yaponiya dənizinin dibində tapıldı - VİDEO

12-11-2019, 11:26

İtmiş amerikan sualtı qayığı Yaponiya dənizinin dibində tapıldı - VİDEOABŞ alimlərindən ibarət LOST-52 tədqiqatçı qrup Yaponiyanın cənub sahillərində 75 il bundan əvvəl itmiş sualtı qayıq aşkar ediblər.

“The New York Times” xəbər verir ki, LOST-52 qrupu ABŞ-a məxsus sualtı qayığı Okinava adasının cənub-qərb istiqamətində 435 metr məsafədə tapıb.
1944-cü ildə “USS Grayback” adlı sualtı qayıq Yaponiya yaxınlığında olarkən onunla əlaqənin kəsildiyi qeyd olunur. Tədqiqatçı qrupun təqdim etdiyi videoda qayığın adının əks olunduğu plastik lövhə, həmçinin gövdə və vint aydın görünür. Əvəllər LOST-52 sualtı qayığı Yaponayadan aldığı məlumatlara əsasən başqa yerdə axtarırmış. Lakin sonradan bir həvəskar yaponiyalı onlara səhvi izah edib və yeni koordinatlar verib.
Qrupun bildirdiyinə görə, sualtı qayıq 1944-cü il fevralın 26-da yapon bombardmançı təyyarələri tərəfindən batırılıb. Qayığın göyərtəsində 80 nəfər olub.

Ölkəpress.com




XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Mart 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi