Rusiyada "Zaliv Amerika" neft tankeri partladı - VİDEO
Rusiyanın Naxodka limanında "Zaliv Amerika" adlı neft tankerdə partlayış baş verib.
Ölkəpress.com TASS-a istinadla xəbər verir ki, partlayış nəticəsində tankerdə olan heyət üzvlərindən 3 nəfər ölüb, bir nəfər itkin düşüb. Limanın Təcili Xilasetmə Bölməsi faktı təsdiqləyib.
Hadisə ilə bağlı Uzaq Şərq Nəqliyyat Prokurorluğunda Cinayət Məcəlləsinin 263-cü maddəsinin 3-cü hissəsi (dəniz nəqliyyatının istismarı və hərəkəti zamanı təhlükəsizlik qaydalarının pozulması, iki və ya daha çox insanın ölümü ilə nəticələnən)maddəsi ilə cinayət işi açılıb. Hadisə zamanı neft məhsullarının dənizə tökülmədiyi də qeyd olunub.