Türkiyə və Rusiya arasında “S-400”lə bağlı yeni - DANIŞIQLAR
Rusiya və Türkiyə “S-400” zenit-raket komplekslərinin maliyyə zəmanətləri və çatdırılma mexanizmləri üzərində danışıqlar aparıblar.
Ölkəpress.com-unxəbərinə görə, bu barədə “Rosoboroneksport”un baş direktoru Aleksandr Mixeyev məlumat verib. Lakin o, danışıqların təfərrüatını açıqlamayıb.
Rusiyanın Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətinin direktoru Dmitri Şuqayev isə deyib ki, Soçidə Rusiya və Türkiyə prezidentləri arasında keçirilən sonuncu görüşdə “S-400” sistemlərinin tədarükü ilə bağlı yeni bir razılaşma üçün heç bir variant nəzərdən keçirilməyib.
Qeyd edək ki, bu ilin iyun ayında Türkiyəyə “S-400” sistemlərinin birinci partiyası gətirilib. Bundan sonra ABŞ Türkiyəyə F-35 qırıcılarının təchizatını dayandırıb. Bu ilin avqustunda isə “S-400” sistemlərinin ikinci batareyasının Türkiyəyə gətirilməsinə başlanılıb.
« Temmuz 2025 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Çr | Pr | Cu | Ct | Pz |
1 | 2 | 3 | 4 | 5 | 6 | |
7 | 8 | 9 | 10 | 11 | 12 | 13 |
14 | 15 | 16 | 17 | 18 | 19 | 20 |
21 | 22 | 23 | 24 | 25 | 26 | 27 |
28 | 29 | 30 | 31 |