Suriyada ABŞ hərbi zirehli maşını Rus patrulunu taran edib onu xəndəyə atdı - VİDEO
Ölkəpress.com xarici mediaya istinadən yazır ki, Suriyadakı Rusiya və Amerika hərbçiləri arasında gərginlik artmaqda davam edir: şahidlər bir MRAP Oskosh M-ATV zirehli maşınındakı bir ABŞ patrulunun Rus "Tiqr" zirehli avtomobilini yan tərəfə itələdiyi və hərəkətini dayandırmağa məcbur etdiyi video nümayiş etdirdilər.
ABŞ qoşunlarının bir karvanı Suriyanın şimal-şərqindəki Kamışlı şəhərinin yaxınlığında hərəkət etdiyi zaman yaxınlıqda olan Rusiya patruluna müdaxilə etdi. Rus zirehli avtomobillərindən biri irəliləməyə çalışdı və amerikalılar tərəfindən dayandırıldı. Eyni zamanda, bir anda ABŞ hərbçiləri Rusiya zirehli avtomobilinə tarana gedərək onun yolunu kəsdilər. Ruslar dayanmağa və tabe olamğa məcbur oldular.
Rusiya və ABŞ patrulları arasında münaqişə hadisələri müntəzəm olaraq baş verir. Eyni zamanda, amerikalılar rusların onların Yaxın Şərqdəki maraq dairəsinə girmək cəhdlərinin sərt şəkildə qarşısını alırlar.