olkepress.com
olkepress.com

Google-dan etiraz: 2,42 milyardlıq məhkəmə işi davam edir

19-02-2020, 10:17

Google-dan etiraz: 2,42 milyardlıq məhkəmə işi davam edirAxtarış sistemində öz alış-veriş xidmətlərinə avantaj qazandırdığı iddia edilən Google haqqında araşdırmaların nəticəsi kimi, Avropa Komissiyası şirkətə 2,42 milyard avro cərimə tətbiq edib.

Ölkəpress.com ted.az-a istinadən bildirir ki, Google qərardan şikayət verib.
Avropa Birliyində fəaliyyət göstərən şirkətlərin qanun çərçivəsində rəqabət aparması üçün Avropa Komisiyası nəzarət həyata keçirir. Araşdırma nəticəsinə uyğun şəkildə qanunları pozan qurumlara cərimələr tətbiq edilir. 2017-ci ildə sözügedən cərimələrdən Google da nəsibini alıb. Türkiyədə də oxşar səbəbdən dolayı Rəqabət Qurumu ilə problem yaşayan şirkət Avropa Birliyi tərəfindən cərimələnib.
Qərardan şikayət edən şirkət təmsilçiləri Avropa Ədalət Məhkəməsi nəzdində Ümumi Məhkəməyə üz tutublar. Məhkəmənin 3 gün sürəcəyi gözlənilir.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi