olkepress.com
olkepress.com

Xəzər dənizi al rəngə büründü - VİDEO

11-02-2020, 11:31

Xəzər dənizi al rəngə büründü - VİDEOQazaxıstanın cənubi-qərbində Xəzər dənizinin sahili qırmızı rəngə boyanıb.

Yeniavaz.com xəbər verir ki, Aktauda sahilboyunca baş verən hadisə yerli sakinlərin də təəccübünə səbəb olub.
Ekoloq Rauşan Tulepova bunun ilk dəfə baş vermədiyini bildirib: "Həm 2017, həm də 2018-ci illərdə bu təbiət hadisəsi müşahidə olunub. Dənizkənarı hissədə görünən qırmızı ləkələrin səbəbi rəngli dəniz yosunlardır. Əslində onlar yay aylarında da olur. Sadəcə qışda çiçək açdıqları üçün al rəngə bürünür".
R.Tulepovanın sözlərinə görə, sahilə qırmızı çalar verən yosunların Xəzər dənizində 25-dən çox növü bitir: "Xəzərdə sahili al rəngə boyayan laurentsiya, polisifoniya, melobeziya kimi yosun növləri var, bunlar xüsusilə dayaz sularda bitirlər".

Ölkəpress.com




XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi