olkepress.com
olkepress.com

Yerevanda etiraz dalğası, meriya 10 gün vaxt istədi - VİDEO

10-02-2020, 22:26

Yerevanda etiraz dalğası, meriya 10 gün vaxt istədi - VİDEOBu gün səhər saatlarından başlayaraq, Ermənistanın paytaxtı Yerevanda marşrut taksi sürücüləri etiraz aksiyası keçiriblər.

News.am saytı xəbər verir ki, sürücülər əmək şəraitlərinin yaxşılaşdırılmasını, işlərinə görə əlavə mükafat təyin olunmasını, vergidən və gömrük rüsumundan azad edilmələrini tələb edirlər.
“İnsanlar təəccüblənərək bu şərtlər altında necə işlədiyimizi soruşurlar. Qaz bahalaşıb, avtomobillərimiz köhnə, ehtiyat hissələri isə bahadır”, - deyə sürücülər bildiriblər.
Aksiyanın keçirildiyi əraziyə Yerevan meriyasının Nəqliyyat İdarəsinin rəisi gəlib. O, şikayətlərə baxılması üçün 10 gün vaxt istəyib. Nümayişçilər tələblərinin yerinə yetirilməyəcəyi təqdirdə etiraz aksiyasını bərpa edəcəklərini bildiriblər.

Ölkəpress.com



XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi