İngilislər 3 yaşlı Məhəmmədi planetin ən ağıllı insanlarından biri kimi tanıdı... - VİDEO
İngiltərənin Darhem qraflığında yaşayan üç yaşlı müsəlman vunderkind yüksək zəka əmsallı insanların ən böyük təşkilatı olan Mens Cəmiyyətinə üzv qəbul edilib.
Moderator.az xəbər verir ki, bu barədə "CNN” məlumat yayıb. Məhəmməd Hariz Nadzim yeddi aylıq olanda artıq danışmağa başlayıb. Tezliklə oğlan oxumağı da öyrənib və iki yaşına çatdıqdan sonra bütöv hekayələri yadda saxlayaraq təkrarlamağa nail olub. Hazırda balaca Məhəmməd iki dildə danışır: malay və ingilis.
"Təcrübəmiz çatışmırdı, buna görə də bütün uşaqların belə olduğunu düşünürdük. Yalnız uşaq bağçalarına getməyə başladığı zaman Məhəmmədin qeyri-adi bir uşaq olduğunu anladıq. Tərbiyəçilər bizə onun inkişafda digər uşaqlardan xeyli irəlidə olduğunu söylədilər"- deyə vunderkindin anası bildirib.
Ananın sözlərinə görə, 3 yaşlı oğlanın qalan həyatı adi üç yaşlı uşaqlarınkı kimidir. O da cizgi filmlərinə baxır, gölməçələrdən atlayır, rəsm çəkməyi və mahnı oxumağı sevir...
« Temmuz 2025 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Çr | Pr | Cu | Ct | Pz |
1 | 2 | 3 | 4 | 5 | 6 | |
7 | 8 | 9 | 10 | 11 | 12 | 13 |
14 | 15 | 16 | 17 | 18 | 19 | 20 |
21 | 22 | 23 | 24 | 25 | 26 | 27 |
28 | 29 | 30 | 31 |