Ermənistan parlamentindəki teraktdan 20 il ötdü: Suallara cavab hələ də tapılmayıb - VİDEO
1999-cu ilin 27 oktyabrında Ermənistan parlamentinə bir qrup şəxs daxil olaraq iclas zalını atəşə tutub.
Terakt zamanı baş nazir Vazgen Sarkisyan, spiker Karen Dəmirçiyan və daha bir neçə dövlət xadimi qətlə yetirilib. Terrorçulara keçmiş jurnalist Nairi Unanyan rəhbərlik edib. Terakt Ermənistanı kəskin siyasi böhrana gətirib çıxarıb. Ancaq 20 il keçməsinə baxmayaraq teraktın arxasında kimin dayandığı bilinmir. Teraktla bağlı istintaq heç bir nəticə əldə olunmadığı üçün 2002-ci ildə dayandırılıb.
Ölkəpress.com