olkepress.com
olkepress.com

İran Təhlükəsizlik Şurasının katibi Rusiyadadır

10-09-2024, 14:55

İran Təhlükəsizlik Şurasının katibi Rusiyadadır

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədian Rusiyanın Sankt-Peterburq şəhərinə səfər edib.

Bu barədə məlumatı İranın Moskvadakı Səfirliyi yayıb.

Əhmədian sözügedən şəhərdə BRICS nümayəndələrinin görüşlərində iştirak edəcək, eləcə də Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu ilə görüşəcək.

Xatırladaq ki, sentyabrın 10-dan 12-nə qədər Sankt-Peterburqda BRICS ölkələrinin və təhlükəsizlik məsələləri ilə məşğul olan BRICS+ nümayəndələrinin 14-cü görüşü keçirilir.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Şubat 2026    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
232425262728 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi