olkepress.com
olkepress.com

İran Ermənistanla 500 milyon dollarlıq məxfi silah müqaviləsi imzaladı

24-07-2024, 23:37

İran Ermənistanla 500 milyon dollarlıq məxfi silah müqaviləsi imzaladı

İran və Ermənistan arasında dəyəri 500 milyon dollar təşkil edən məxfi silah müqaviləsi imzalanıb.

Bu barədə “Iran International” məlumat yayıb.
Məlumata görə, resursun Yaxın Şərqdə yüksəkrütbəli hərbi məmur olan mənbəyinin sözlərinə görə, Tehran İrəvanı kamikadze dronlarla təchiz edir.

Bildirilib ki, sözügedən razılaşma bir neçə hissədən ibarətdir və bütün sənədlər son bir neçə ay ərzində imzalanıb.

Razılaşmalara əsasən, İran Ermənistana “Şahed 136”, “Şahed 129”, “Şahed 197”, “Mohajer” kimi pilotsuz uçuş aparatları, eləcə də “Xordad 3”, “Məcid”, “Xordad 15” və Arman kimi hava hücumundan müdafiə raket sistemləri verəcək.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Ocak 2026    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi