olkepress.com
olkepress.com

Nüvə silahları ilə bağlı ŞOK HESABAT

17-06-2024, 23:55

Nüvə silahları ilə bağlı ŞOK HESABAT

“Nüvə gücləri geosiyasi gərginliyin artması fonunda öz arsenallarını modernləşdirərək son beş ildə nüvə silahlarına xərclərini artırıblar”.

Bu barədə Nüvə Silahlarının Ləğv Edilməsi üzrə Beynəlxalq Kampaniyanın bazar ertəsi açıqladığı yeni hesabatda deyilir.

Deutsche Welle (DW) nəşri yazır ki, araşdırmada təqdim olunan rəqəmlər Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) əvvəllər dərc olunmuş hesabatında yer alan nəticələri təsdiqləyib.

ICAN-ın məlumatına görə, doqquz nüvə dövləti – ABŞ, Çin, Hindistan, Rusiya, Fransa, Böyük Britaniya, İsrail, Pakistan və Şimali Koreya – keçən il nüvə arsenallarına 91 milyard dollar xərcləyib ki, bu məbləğin yarısından çoxu – 51,5 milyard dollar – ABŞ-a aiddir. İkinci yerdə geniş fərqlə Çin (11,8 milyard dollar) qərarlaşıb. Üçüncü yerdə Rusiya (8,3 milyard) yer alıb.

Təkcə 2023-cü ildə nüvə silahı xərcləri dünya üzrə 10,8 milyard dollar artıb və bu məbləğin əsas hissəsi – 80 faiz ABŞ-ın payına düşür. Böyük Britaniyada nüvə silahına xərclər ardıcıl ikinci il artıb (+17 faiz) və keçən il 8,1 milyard dollar təşkil edib. Fransa, Hindistan, İsrail, Pakistan və Şimali Koreyada xərclər 2018-ci ildəki 68,2 milyard dollardan 33 faiz çox artıb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi