Fici Baş naziri, 75 yaşlı Sitiveni Rabuka çərşənbə günü Okeaniya çempionatında güllə atmada bürünc medal qazanıb.
Olkepress.com Qafqazinfo-ya istinadən xəbər verir ki, Baş nazir yarışda üçüncü yeri tutub.
Qeyd edilir ki, Rabuka 1974-cü ildə Birlik Oyunlarında dekatlon, güllə atma, disk və çəkic yarışlarında Ficini təmsil edib, reqbi komandasında oynayıb.
Keçmiş hərbçi və idmançı olan Rabuka 1992-ci ildə Ficinin Baş naziri olub və 1999-cu il seçkilərinə qədər bu vəzifəni icra edib. Rabuka 2018-ci ildə yenidən namizədliyini irəli sürsə də, məğlub olur. O, 2022-ci ilin dekabrında keçmiş Baş nazir Frank Bainimaramanın 16 illik hakimiyyət müddətinə son qoyan seçkilərdən sonra koalisiya hökumətinin başçısı kimi hakimiyyətə qayıdıb.