Amerikanın CNN kanalına danışan adı açıqlanmayan iki ABŞ rəsmisi izah edib ki, Baydenin Ukraynaya “ictimaiyyətdən gizli” verdiyi silahlardan istifadəyə icazə verilməsi Amerikanın uzun müddətdir davam edən siyasətində qismən dəyişiklik deməkdir.
Xəbərə gör, Bayden Amerika silahlarının Rusiya ərazisində istifadəsinə qarşı çıxdığı halda, bu siyasətini qismən dəyişərək Kiyev rəhbərliyinə yalnız Rusiyanın son zamanlar hücumlarını intensivləşdirdiyi Xarkov bölgəsində istifadə edilməsinə icazə verib.
VERİLƏN İCAZƏ XARKOV BÖLGƏSİ İLƏ MƏHDUDDUR
Müvafiq olaraq, Ukrayna ordusu sərhəddəki Xarkov bölgəsində ABŞ istehsalı olan silahlardan istifadə edə biləcək, lakin Rusiyanın daxili bölgələrində və ya başqa yerlərdə istifadə edə bilməyəcək.
Xatırladaq ki, Ukrayna administrasiyası Rusiyanın hücumlarını gücləndirdiyi Xarkovda müdafiə zəifliyini aradan qaldırmaq üçün Amerika administrasiyasından bu bölgədə ABŞ istehsalı olan silahların istifadəsinə icazə istəyib.