Rusiyanın hava hücumundan müdafiə sistemləri Moskva vilayəti üzərində kiçik hava şarını məhv edib.
Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Mayın 27-də Moskva vilayətinin ərazisində kiçik ölçülü şar növbətçi hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilib”, - deyə bildirilib.
Qeyd edək ki, bundan öncə Moskva vilayətində dron vurulduğu haqda məlumat yayılmışdı.