İlk homoseksual peşəkar kişi futbolçu kimi tanınan Coş Kavallo “Adelaide United”in stadionunda partnyoru Leighton Morelə evlilik təklifi edib.
Bu barədə “Times” məlumat yayıb.
Qeyd olunub ki, Kavallo bu cəsarətli addımını belə ifadə edib:
“Futbolda xəyallarımda heç vaxt mümkün hesab etmədiyim təhlükəsiz bir məkan yaratdın və məni həyatımın hər gününü həqiqi yaşamağa təşviq etdin. Hər şeyin başladığı meydanda bu xüsusi anı bölüşmək düzgün qərar idi”.
Xatırladaq ki, futbolçu 2021-ci ildə sosial şəbəkə hesabında paylaşım edərək, homoseksual olduğunu etiraf etmişdi.