olkepress.com
olkepress.com

Asif Əli Zərdari Pakistanın prezidenti seçilib

9-03-2024, 23:29

Asif Əli Zərdari Pakistanın prezidenti seçilib

Pakistan Xalq Partiyasının (PXP) həmsədri Asif Əli Zərdari Pakistanın prezidenti seçilib.

Bu barədə ölkənin Seçki Komissiyası məlumat yayıb.

Verilən məlumata görə, Zərdari prezident seçkisində seçicilər kollegiyasının 411 səsini alıb. Onun rəqibi Mahmud Xan Açakzay isə 181 səs toplayıb.

Prezident seçkisi martın 9-da keçirilib. Pakistan Konstitusiyasına uyğun olaraq, onlar parlament seçkisindən bir ay sonra və ya hazırkı dövlət başçısının prezidentlik müddətinin bitməsinə bir ay qalmış keçirilir.

Xatırladaq ki, fevralın 8-də Pakistanda Milli Assambleyaya (parlamentin aşağı palatası) seçki keçirilib, nəticədə Pakistan Müsəlman Liqası - N (PML-N) 75, PXP - 54 parlament mandatı alıb. Partiyalar koalisiya hökumətinin qurulmasına dair razılığa gəliblər.

Martın 3-də isə PML-N sədri Şahbaz Şərif İslam Respublikasının yeni Baş naziri seçilib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi