olkepress.com
olkepress.com

Rusiyanı yalnız belə məğlub edə bilərik - Fiko

3-03-2024, 10:18

Rusiyanı yalnız belə məğlub edə bilərik - FikoUkrayna Qərbin köməyinə baxmayaraq, münaqişəni həll edə bilmir.

Axar.az xəbər verir ki, bunu Slovakiyanın Baş naziri Robert Fiko bildirib.

"Qərb görür ki, ciddi maliyyə və hərbi yardımlara və sanksiyalara baxmayaraq, Ukrayna bu hərbi münaqişəni həll etmək iqtidarında deyil. Ancaq AB və NATO ölkələrindən ən müasir silahlarla hərbi personalın Ukraynaya gəlməsi vəziyyəti dəyişə bilər, lakin o zaman biz ancaq konyak və siqarla eyvanda oturub dünya apokalipsisinin başlamasını gözləyə bilərik", - R.Fiko vurğulayıb.

R.Fiko bildirib ki, Ukraynaya ən çox müasir hava hücumundan müdafiə sistemləri lazımdır, əks halda Ukraynada silah istehsalını və ya böyük təlim mərkəzlərini genişləndirmək barədə düşünməyin mənası yoxdur.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi