olkepress.com
olkepress.com

İraqda Türkiyə hərbçisi şəhid oldu

17-02-2024, 23:20

İraqda Türkiyə hərbçisi şəhid oldu

İraqın şimalındakı “Pəncə-Kilid” əməliyyatı bölgəsində terrorçularla silahlı qarşıdurmada Türkiyənin bir hərbçisi şəhid olub, digəri yaralanıb.

Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

“17 fevral 2024-cü il tarixində “Pəncə-Kilid” əməliyyatı bölgəsində separatçı terror təşkilatının üzvlərinin baza ərazimizə sızmağa cəhd göstərmələri nəticəsində baş vermiş qarşıdurmada müqaviləli sıravi əsgər Salih Ay şəhid olub, qəhrəman silahdaşımızın biri isə yaralanıb. Yaralı hərbçi dərhal xəstəxanaya yerləşdirilib və onun müalicəsinə başlanılıb. İlkin vəziyyətə görə, qarşıdurmada altı terrorçu zərərsizləşdirilib. Bölgədə əməliyyatlar davam edir”, - mətbuat xidməti açıqlayıb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi