olkepress.com
olkepress.com

“Microsoft” Pentaqonun pulunu uddu – Ən çox “Amazon” təəccübləndi

26-10-2019, 09:40

“Microsoft” Pentaqonun pulunu uddu – Ən çox “Amazon” təəccübləndi“Microsoft” Pentaqon üçün bulud texnologiyaları üzrə 10 mlrd dollarlıq müqaviləni qazandı. Korporasiya hərbçilərin pulu uğrunda mübahisədə “Amazon”, “Oracle” və IBM kimi rəqiblərini üstələyib.

“MarketWatch”un verdiyi məlumata əsasən, Müdafiə Nazirliyinin qərarı ən çox “Amazon”u təəccübləndirib. Belə ki, MKX və ABŞ-ın müxtəlif hökumət agentliklərini avadanlıqlarla təchiz edən məhz bu şirkət müsabiqənin favoriti hesab edilirdi. ““Amazon”, sözsüz ki, bulud texnologiyalarında liderdir. Müsabiqə ilə bağlı qərar bizə qaranlıq qaldı”, - deyə “MarketWatch”ə şirkətin nümayəndəsi bildirib. O əlavə edib ki, Pentaqona ən üstün şərtlər “Amazon” tərəfindən təklif edilmişdi.
“Reuters” bildirir ki, “Amazon”un məğlubiyyəti şirkətin rəhbəri Ceff Bezosun ABŞ prezidenti Donald Trampla mürəkkəb münasibətləri fonunda olub. Belə ki, Amerika lideri özünün “Washington Post” qəzetində cari administrasiyanı müxtəlif xətalarda ittiham edən biznesmeni dəfələrlə tənqid atəşinə tutub.

Ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi