olkepress.com
olkepress.com

Süleymaninin parçalanmış meyiti barmağındakı üzüyə görə tanınıb

3-01-2020, 12:44

Süleymaninin parçalanmış meyiti barmağındakı üzüyə görə tanınıbİranlı general Qasım Süleymaninin meyiti barmağındakı üzüyə əsasən müəyyənləşdirilib.

Haberler.com-un verdiyi xəbərə görə, Xalq Səfərbərlik Qüvvələrinin (XSQ) komandan müavini Əbu Mehdi əl-Mühəndis adamları ilə birlikdə İraq aeroportuna Suriyadan, ya da Liviyadan qayıdan Süleymanini qarşılamağa gəlib.
Təyyarəni tərk etdikdən sonra baş verən partlayış nəticəsində Süleymaninin bədəni hissələrə parçalanıb. Generalın meyiti barmağındakı qırmızı qaşlı gümüş üzüyə əsasən tanınıb. Onun dəfələrlə bu üzüklə görüntüləndiyi bildirilib.
İranın İraqdakı səfiri İrac Məscidi Bağdad Hava Limanının raket zərbələrinə məruz qalması nəticəsində general Qasım Süleymani, Əbu Mehdi əl-Mühəndisi ilə bərabər, on beş nəfərin də öldüyünü bildirib.

Ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi