olkepress.com
olkepress.com

Qabyuyan maşının içindən zəhərli ilan çıxdı - VİDEO

30-12-2019, 20:53

Qabyuyan maşının içindən zəhərli ilan çıxdı - VİDEOSosial şəbəkələrlə saatlarla qabyuyan maşında “yuyulan” zəhərli ilan barədə video böyük maraq yaradıb.

Bu barədə kadrları UPI yayımlayıb. Hadisə Avstraliyada baş verib.
Ailə yuyulan qabların arasında sürünən ilanı görərək, “Snake Catchers Adelaide” şirkətinə müraciət ediblər. Onların sözlərinə görə, ilan işləyən qabyuyan maşında 2,5 saat qalıb.
İlan ovçuları Tordərili qəhvəyi ilan tutduqlarını bildiriblər. Kadrlarda mütəxəssisin qabyuyan maşından ilanı çıxararaq qara torbaya qoyması görünür. İlanın sonrakı taleyi məlum deyil.

Ölkəpress.com





XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi