olkepress.com
olkepress.com

İsrailin Azərbaycandakı səfirini səfirliyə buraxmadılar - VİDEO

27-12-2019, 19:57

İsrailin Azərbaycandakı səfirini səfirliyə buraxmadılar - VİDEOİsrailin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Corc Dik “ASAN xidmət” mərkəzində işlərini asanlaşdırıb.

Bununla bağlı maraqlı video hazırlanıb və səfirliyin rəsmi facebook səhifəsində xüsusi post paylaşılıb. Səfir bildirib ki, bu gün böyük gündü: “Mən etimadnaməmi Azərbaycan Prezidentinə təqdim etdim və artıq rəsmi olaraq səfirəm. Sonra mən işləmək üçün səfirliyə getdim, amma onlar məni içəri buraxmaq istəmədilər. Mənə bildirdilər ki, bu ölkədə kriminal tariximin olmadığını sübut edən sənədi gətirmədən səfirlikdə işə başlaya bilmərəm. Mən nə edəcəyimi bilmirdim və “ASAN” xidmətə gəldim”.
Ona lazım olan sənədi əldə etdiyini bildirən səfir artıq işə başladığını bildirən videonu ictimaləşdirib.

Ölkəpress.com




XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi