olkepress.com
olkepress.com

Polis bir yaşlı uşağı xilas etdi - VİDEO

25-10-2019, 21:30

Polis bir yaşlı uşağı xilas etdi - VİDEOABŞ-ın Florida ştatının Kissimmi şəhərində polis biskvit yeyərkən boğulan bir yaşlı uşağı xilas edib.

Amanda Çimmerman adlı ana oğluna biskvit yedirərkən uşaq boğulmağa başlayıb və ana kömək istəmək üçün küçəyə qaçıb. Yoldan keçən polislər ananın fəryadına yetişib. Polis əməkdaşları uşağı qucağına alaraq kürəyinə vurmağa başlayıblar.
Uşağa ilkin yardım göstərərək onu xilas edən polislər daha sonra uşağı hadisə yerinə gələn həkimlərə təhvil verib. Uşaq xəstəxanaya çatdırılıb, bir gün reanimasiyada qalıb. Qorxmuş ana polisə və həkimlərə təşəkkürünü bildirib.

Ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Şubat 2025    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
2425262728 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi