olkepress.com
olkepress.com

Ərdoğan Atatürkün anım mərasimində iştirak etdi - VİDEO

10-11-2021, 16:28

Ərdoğan Atatürkün anım mərasimində iştirak etdi - VİDEO

Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürk vəfatının 83-cü ildönümündə Ankarada Anıtqəbirdə keçirilən dövlət mərasimində anılıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə tədbirdə Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop, prezident köməkçisi Fuad Oktay, Prezident kabinetinin üzvləri, CHP sədri Kamal Kılıçdaroğlu, MHP sədri Dövlət Bağçalı, İYİ Partiya sədri Meral Akşener və digər dövlət məmurları iştirak edib.

Ərdoğan Atatürkün məqbərəsinə qırmızı və ağ qərənfillərdən ibarət ay-ulduzlu çələng qoyub. Atatürkün xatirəsi bir dəqiqəlik sükutla yad edilib, daha sonra İstiqlal Marşı oxunub.



ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi