olkepress.com
olkepress.com

Saakaşvili içəridən mesaj göndərdi: “Məni öldürmək istəyirlər, döyülmüşəm…”

9-11-2021, 18:06

Saakaşvili içəridən mesaj göndərdi: “Məni öldürmək istəyirlər, döyülmüşəm…”

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili bazar ertəsi Rustavi şəhərindəki həbsxanadan Tbilisinin kənarındakı Qldani rayonunda yerləşən penitensiar tibb müəssisəsinə köçürüldükdən sonra döyüldüyünü deyib.

Bu barədə Saakaşvilinin vəkili Nika Qvaramiya çərşənbə axşamı keçirdiyi brifinqdə bildirib.
Vəkil brifinqdə keçmiş liderin məktubunu oxuyub: “Penitensiar tibb müəssisəsinin əməkdaşları məni maşından çıxarmağa başladılar. İmtina etdikdən sonra zorla itələdilər, yerə yıxıldım. Boynuna bir neçə zərbə endirdilər. Saçımdan tutaraq sürüdülər”.
Vəkilin sözlərinə görə, Saakaşvili penitensiar xəstəxanada müalicədən imtina edib, dərman qəbul etmir və aclıq aksiyasını davam etdirir: “O, öz həkimi ilə görüşməyi tələb edir. Saakaşvili müəssisədə ona edilən tibbi müdaxilədən imtina edir və şəxsi həkimi ilə görüş tələb edir. Eks-prezident bildirir ki, xəstəxanaya köçürülməsində məqsəd onun fiziki məhv edilməsidir”.
Qeyd edək ki, sabiq prezidenti penitensiar tibb müəssisəsində Gürcüstanın Ombudsmanı Nino Lomjaria ziyarət edib.
Xatırladaq ki, ötən gün Tbilisidə Saakaşviliyə dəstək aksiyası keçirilib. Bazar ertəsi axşam Azadlıq meydanına toplaşan nümayişçilər daha sonra yaxınlıqdakı Hökumət Evinin qarşısına istiqamət alıblar.
Hazırda Hökumət Evinin ətrafında vəziyyətin sabit olduğu bildirilir.
(Demokrat.az)

ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi