olkepress.com
olkepress.com

Mixail Saakaşvili emiqrantlara müraciət edir: "Gürcüstana gəlsəniz geriyə qalib olaraq qayıdacaqsınız"

3-11-2021, 16:16

Mixail Saakaşvili emiqrantlara müraciət edir: "Gürcüstana gəlsəniz geriyə qalib olaraq qayıdacaqsınız"

"Mən gürcü emiqrantlara müraciət edirəm, pulu təxirə salın, məzuniyyət götürün və ölkənizə bir günlük vaxt ayırın. Əgər gəlsəniz, söz verirəm ki, geriyə qalib olaraq qayıdacaqsınız".

Aktual.ge xəbər verir ki, bu barədə Mixail Saakaşvilinin yazdığı məktubda deyilir.

O, emiqrantların onu dəstəkləmək üçün Gürcüstana gələcəyi təqdirdə onlara qalibiyyəti vəd etdiyini bildirib.

“Mən gürcü emiqrantlara müraciət edirəm. Gələnlərə, Rustavelidə döyüşən və həbsxana qarşısında dayanan hər kəsə təşəkkür edirəm. Pulu təxirə salın, ölkənizə bir günlük vaxt ayırın. Əgər gəlsəniz, söz verirəm ki, buradan qalib olaraqayrılacaqsınız”, - deyə Saakaşvilinin məktubunda yazılıb.

Ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi