olkepress.com
olkepress.com

“YouTube” vloqeri dostunu öldürüb dənizə atdı

12-12-2019, 17:30

“YouTube” vloqeri dostunu öldürüb dənizə atdıŞimali Kiprdə gənc “YouTube” vloqeri dostunu dənizə ataraq öldürüb.

Arif Gökçək Girnə şəhərinə istirahətə gələn 25 yaşlı dostu Xəlil Qaraqız ilə dəniz sahilində görüşüb və mübahisə ediblər. Sondakika.com-un xəbərinə görə, mübahisə uzananda sərxoş olan Arif dostu Xəlilin başına daşla vurub, sonra onu dənizə itələyib. Daha sonra o, evə gedərək polisə Xəlilin ailəsi ilə mübahisə etdiyini, ona “Özünə yaxşı bax. Sən mənim ən yaxşı dostumsan”, - deyərək özünü qayalıqlardan atdığını bildirib. Hadisənin səhəri günü tibbi ekspertiza zamanı Xəlilin başından bərk alətlə vurulduğu məlum olub və Arif şübhəli kimi nəzarətə götürülüb.
İstintaq zamanı hadisəni törətdiyini etiraf edən vloqer məhkəməyə qədər polis nəzarətində olacaq.

Ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Şubat 2025    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
2425262728 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi