Almaniyanın Leverkuzen şəhərində güclü partlayış baş verib.Ölkəpress.com “Rheinische Post” qəzetinə istinadən xəbər verir ki, partlayış səhər saatlarında baş verib.
“FOCUS Online” nəşrinin yaydığı məlumata görə isə, partlayışın Almaniyanın “Bayer” farmaseptik şirkətinin obyektlərindən birində baş verdiyi ehtimal olunur. Böyük ehtimalla partlayış tullantıların yandırılması zavodunda baş verib.
Partlayışın səbəbi və xəsarət alanlar barədə məlumat hələ ki, açıqlanmayıb. Hazırda faktla bağlı araşdırma aparılır.