olkepress.com
olkepress.com

“Ukrayna-Azərbaycan Beynəlxalq Media Platforması” adlı dəyirmi masa keçirilib - VİDEO

22-07-2021, 19:20

“Ukrayna-Azərbaycan Beynəlxalq Media Platforması” adlı dəyirmi masa keçirilib - VİDEO

Bu gün Ukraynanın paytaxtı Kiyevdə “Ukrayna - Azərbaycan Beynəlxalq Media Platforması” adlı dəyirmi masa keçirilib.

Ukraynanın UNİAN informasiya agentliyi xəbər verir ki, dəyirmi masada Ukrayna Ali Radasının deputatı Lyudmila Marçenko, Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporunun sədri Hikmət Cavadov, Ukrayna Prezidentinin müşaviri Aleksey Arestoviç, həmçinin hər iki ölkənin tanınmış mətbuat orqanlarının rəhbərləri iştirak edib.

Görüşdə Ukrayna ilə Azərbaycan arasındakı ikitərəfli münasibətlərin informasiya müstəvisindəki əlaqələri müzakirə olunub.

Dəyirmi masada çıxış edən “Global Media Group”un media direktoru Həmid Həmidov bildirib ki, oxşar platformalar istər Azərbaycanda, istərsə də Ukraynada ölkələrimizin taleyinə təsir etmiş münaqişələr, onların tarixi, həmçinin ölkələrin iqtisadi, turistik və digər sahələr üzrə potensialının daha geniş ictimaiyyətə çatdırılmasına xidmət etməlidir.

Dəyirmi masa digər natiqlərin çıxışları və təklifləri ilə davam etdirilib.



ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi