olkepress.com
olkepress.com

"Mən kiməm" serialının aktiyoru İmdad Tofiqoğlunun müsahibəsi

12-07-2021, 19:21

"Mən kiməm" serialının aktiyoru İmdad Tofiqoğlunun müsahibəsi
Xoş gördük, İmdad bəy. Sizi çəkildiyiniz serialdan çoxları tanıyır, istərdim ki, özünüz haqqında biraz ətraflı məlumat verəsiniz.

Xoş gördük, Amil bəy. Mən İmdad Tofiqoğlu Ağcabədi rayonunda sadə ailədə anadan olmuşam, aşağı Avşar kəndindənəm, 2 bacım var, evin böyük övladı mənəm, həm də ərköyün övladı olmuşam. Bacılarım və mən orta məktəbi 6-cı sinifə kimi Ağcabədi rayon Əkbər Aliyev adına 12 saylı tam orta məktəbdə oxumuşuq. Atamızı itirdik, bizə çətin olduğundan məktəbimizi dəyişməli olduq... Atamı bizə oğma sandığımız şəxslərin ailəsində böyük nişan mərasimi, sevincli, hər kəsin gülüb oynadığı, nişan günü itirdik. Atam ürək çatışmazlığından o gün gözlərin əbədi yumduğu gün oldu. Anamın illərlə şənliyə nifrətinin səbəbi, musiqi səsinə illərlə təxafül etmədiyi anın memarı sandığı o ölüm günün səbəbi sanki şənliklər idi... Evimizdə və getdiyimiz dayı evində televiziya açıla bilməzdi. Xatırlayıram uşaq idik, gedib qohum evində çizgi filmlərinə baxırdıq, nənəm 3 il keçdiyi üçün günlərin birində nənəm: “nə olar, olar” deyib, televizoru işə salmışdı, Anam Atama aid elədiyi otaqdan gözü yaşlı vəziyyətdə həmin o anı bir daha yaşayırmış kimi çıxıb, televizoru şəbəkədən sadə şəkildə ayırmadan qucaqlayıb eyvandan atdığı an gözümün önündə hələ də canlanır... Mən yaşadığım hadisələri, olanları ən incə ayrıntısına kimi sətirlərə töksəm, inanın bəlkə də bitməz. Bu arada adımın mənası da var, Atam yardım sevər, çox humanist insan olub. Uşaqlıqdan atamla qürur duymuşam, evimiz bir az yol kənarına yaxın idi, hərdən evimizdə yad adamlar olardı, əsasən də gecə yarıları, yolda biçarə qalan insanlara yardım edər evimizin qapılarını onlara açardı, bir gün, gecə yarı idi, nənəmgildən gəlirdik, Atam maşını saxlayıb, düşdü çörək almağa, uşaq idim mənə çatmadı, Anam dedi- Tofiq bu 20 çörək nə idi? Atam - Nəzakət, gecə yarını keçib, onun övladları yol gözləyir ki, atam nə vaxt gələcək, əli boş getsin ailəsinin üstünə? Mən onda da başa düşməmişdim, bir gün yenə atamla bazarlığa getdik, il 2003, atamla meyvə alırdıq, bir satıcıda olan hər çeşidli mevəni, birindən alıb çıxmırdı, hər satıcıdan bir meyvə alırdı, ən əsas da bir nənə var idi, onun meyvələri çürümüş idi, 2 yeşik çürük armud aldı, uşaq idim atamın ağlına şübhə elədim, başqa mövzuya toxunmadım, sadəcə bu sualı verdim: Ata, niyə özünə əziyyət verirsən? Bir satıcıda bu aldığın meyvələrin hər biri var də. Atam onda dedi: maşında oturan da deyəcəm. Nəhayət dedi, bax mənim balam, ona görə ki, onların hər biri qazansın evinə çörək pulu aparsın deyə, sənin də adını İmdad qoymuşam ki, səndə yardıma ehtiyacı olanlara yardım edəsən. Dedim: İmdad adının mənası yardım deməkdi? Dedi: bəli. İnanın adımın mənasını onda bilmişəm... Mənim sözüm ondadır ki, belə Atanı biz çox gənc yaşında itirdik. Bu, bizə sözün əsl mənasında ağır travma oldu. Anam atamın ölümü ilə 9 il barışmadı, hər günü yas, dərt qəm içində, əli qoynunda keçirdi, bu il ərzində bizə qəhrəman qadın, Ana nənəm Fatma, həm Analıq, həm də Atalıq elədi, Anam illər keçdikcə, Atamın ölümü ilə barışmalı oldu, buna səbəb bacımın gəlin köçməsi idi, artıq nəvə sahibi olmaq Anamın üzünü güldürdü. Mən isə bu olanlara hakim idim, çünki baş verən hadisələrin mərkəzində idim, hər xoş və bəd hadisələr də sadəcə, hərdən dərinin nəfəs alıb, içimdən bağıraraq ah çəkər o qaragüruhu atmağa çalışırdım.

Çox təsirli həyat yolunuz olub, çətinliklər çəkmisiniz. Necə oldu ki, bu çətinliklərə baxmayaraq oxuyub, təhsil almaq istədiniz?

Nəhayət böyüdüm. Oxuyub Atamın arzusun həyata keçirmək, Ali təhsil almaq, həm də özümün arzumu, Jurnalist, Rejissor, Aktyor bir sözlə televiziya sahəsinə yönəlmək arzusunda idim... Bu, sandığım qədər asan olmadı. Bu arzuma çiçəkli yolla deyil, daş qalaqlı, tikanlı yollarla nail oldum, desəm yanılmaram. Bu yolda çox yaralar aldım, çox qazanclar da əldə etdim, əsas odu ki, məncə, qazandım. Axı kim deyir uğura gedən yol çiçəkli yoldan keçir? Bir sözlə, ətarfım oxumağıma qarşı çıxdı, Anam daxil olmaqla, çünki anamın o barədə hələ də travması var idi. Atamın Ali təhsilinin olub ona, ailəsinə heç bir faydası olmadığını, ömrünün yarımçıq qaldığını hələ də dilə gətirirdi. Mən bunlara, ətrafımın əşşi: "Oxuyanların diplomun sandıqda toz basıb" slaqonlarından tənə gəlmişdim. Kimisi, ay bala, universitetə daxil olan gərək gündə bir geyim geyinsin, uşaqlarla ayaqlaşsın, kimin doğum günü, kimin dost yığıncağı, sənin üçün çətin olacaq. Mən bu deyilənlərə məhəl qoymadım, hədəfə kilitləndim, onları dinləmədiyimi dilə gətirdim.
Balaca dayım - sən universitetdə girən deyilsın bala, gəl sənət sahibi ol, dosumun yanında, stomatoloji biliklərə yiyələn və.s. Çox sıxılırdım. Balaca Market açdım, həm ailəmi dolandırırdım, həm də müəllimlərimə hazırlıq pulumu, təhsil haqqımı ödəmək üçün pul qazanırdım, artıq 7 ay idi, hazırlaşırdım özümdəki fərqi görürdüm, məncə bu yaxşı gediş idi, testlərimi normal edib, sınaq imtahanlarında normal da bal toplayırdım, artıq sıxıntılar artmağa başladı, evi dolandırmaqla müəllim ödənişlərin edə bilmirdim, hazırlıq vaxtım gələndə marketi bağlayır, hazırlığa gedirdim, telefon nömrəmi müştərilərim bilirdi. ərzaq üçün zəng vururdular hazırlıqda idim, o zaman Riyaziyyat müəlliməm az da olsa vəziyyətdən xəbərdar oldu, həm də orta məktəbdə oxuyan zamandan məni tanıyırdı...



Bu yolda sizə kim dəstək oldu, özünüzü kimə borclu hesab edirsiniz?

Mənim bir qəhramanım da var, həmin bu Riyaziyyat müəlliməm Təranə müəllimə, bəli, bu barədə də danışacam. Əsil Ana, Müəllimə adını laiqincə daşıyan, insanlığı, müəlliməliyi hər kəsə nümunə olan qadın. Məndən ödəniş pulu almadı, məni incitmədən, ən səmimi yolla, İmdad gəl sənlə ana bala fərdi söhbət edək, mənim hazırlıq uşaqlarım çoxdu, ödənişə də ehtiyacım yoxdu, onlara dərsi, teoremləri, düsturları başa salıram, sən də kənardan dinləyirsən də, çox xahiş edirəm, ödəniş eləmə, mən səndə o potensialı görürəm, sən ən yüksək zirvələrdə olacaqsan, mən istəyirəm sən mənə mənəvi borclu qalasan, illərdi pedaqoqam, ancaq dərs dediyim uşaqların çoxu məni yad etmir, mən inanıram ki, sən məni unutmayacaqsan. Gəl sövdələşək, sən mənə borcuvu universitetə daxil olmaqla ödə, mən razıyam 10-15 il sonra da olsa istəsən ürəyin necə istəyir o cür ödəyərəsən, mən sənə inanıram ancaq dedilərimlə razılaş,bir ana kimi xahiş edirəm, razılaşdım. Həftə sonları olurdu,varlı ailələr var idi, həftə sonu da uşaqların hazırlığa göndəridi,imtahan yaxınlaşmışdı deyə, Təranə müəlliməm mənə zəng vurub - İmdad uşaqlar gəlib, təkrar edirik, test edirik, sən də tez gəl qoşul. Yay vaxtları idi, birdən az dilindən çıxıb, qaça-qaça riyaziyyata gəlirdim, suyun içində olurdum, müəlliməm qəhrəmanım mənə oğlanlarının köynəyini verib, deyirdi, tez bunu dəyiş gəlirəm. Utansam da məcbur edirdi Ana yarım, doğurdan da bu yaxşılıqların, bu dəstəyin borcun necə ödəmək olar? Ömür boyu sizə minnətdar qalacam.Bilmirəm sizin borcunuzu necə ödüyəcəm? Sözdə Təhsil alıb o müqəddəs müəllimə adını qazanmaq asandı, ancaq, əsil müəllimə olmaq məncə, çox mürəkkəb işdi, çünki bu bir azda insanlıq işidi. Bu arada Təranə müəliməmin əsil adı Fəxrəntac idi sənətdə,yəni,iki isimə malik idi, qəhrəmanım!... Bəli, gələk mənim balaca marketimə xoş adı market idi, indi anlayıram qışı ayaqlarım don atır, yay da nəfəs almaq olmurdu, dərslərimin çoxun orda edirdim, əsas da Ədəbiyyat və Tarixi. 3 - cü qrupa hazırlaşırdım, İncəsənət eşqində idim, ali təhsil alıb ailəmi və özümü o mühitdən qurtarmaq ən əsası arzuma çatmaq istəyirdim. Uzatmadan deyim, daxil oldum. Mən keçən il qabiliyyət imtahanında münsiflərdən 24 bal alaraq ödənişli düşmüşdüm, təbii ki, qəbul etməyib, Fərəh Xanım Şirməmməd qızı Əliyevanın qəbuluna düşüb, testdən yüksək bal toplayıb, qabiliyyətdən 1 balnan kəsildiyimi dilə gətirdim, ancaq etiraf edim ki, onda qabiliyyət imtahanı barədə heç anlayışım yox idi, gəlib Tədris Teatrında ilk turda bir qızın öz-özünə Təmsil danışıb, əcaib hərəkətlərin gördükdə təəccüblənmişdin, 2 saata orda Krlovun "Qurt və Quzu" təmsilini əzbərləyib, o qızdan dəstək alıb girmişdim imtahana. Hə, birdə M. F. Axundovun "Hacı Qara" əsərindən balaca monoloqun.... Yəni, yenə də təksir məndə idi, axı tam hazırlıqlı olmalı idim, bir sözlə bu olanları da Fərəh xanıma etiraf elədim, sən demə bu səmimiyyətim və etirafım, təxsirimi etirafım Fərəh xanımın xoşuna gəlib, o gündən məni tanıdı söz verdi ki, sən gələn il hazırlaş, sentyabr da gəl universitetə bizim kursumuz var, orda sənə vaxt ayırsınlar, baxıram istedadlı oğlansan, mən deyilənə əməl elədim, bu çətinlikləri göz önünə alıb, həmin il də gəldim, əfsuslar olsun ki, Fərəh xanım məni tanımadı, dedim, xatırladız? o oğlanam qəbulunuza gəlmişəm, heç 1 dəqiqə dioloqda olmadıq, tanımadı. alınmadı, düz deyirmişlər deyib unidən çıxmaq istəyəndə, bir Aktyor var, adını deməyəcəm, onu gördüm yenidən həvəsə gəldim. Çıxdım ki, bir daha Fərəh xanıma yaxınlaşam, nə olur olsun, nə xoş mənə, yaxınlaşmaq asandı bəyəm? Onun otağına keçmək üçün Katibəsi ilə qarşılaşdım, çoox gözəl, gülər üz adı da özü kimi gözəl Nəsrin xanımla qarşılaşdım, olanları dedim, kursları var idi, ancaq ödənişli idi, məndə o pul hardandı, 130 manatla gəlmişəm, yazıq ana nənəm qocalıq təqaüdün alıb verib mənə, onu onlara versəm, nə ilə dolacaman Bakı kimi şəhərdə? Nəysə Olmaları Nəzrinə danışdım, Fərəh xanım mənə söz vermişdi, təmənnasız kursa götürəcəklər, sağ olsun Nəsrin, gedib Fərəh xanıma hər şeyi danışıb, məni xatırlamasına vəsilə oldu. Nəsrin sevincli şəkildə gəlib, əla alındı deyib, Bella xanımı yığdı, Bella xanım Fərəh xanım bir oğlan göndərir, sadəcə kursu ödənişsiz olacaq dedi... Şükür birinci körpüdən keçdim dedim, getdim və kursda iştirak elədim, orda Kəmalə xanım Mehtiyeva ilə qarşılaşdım və tanış oldum, Allah dəstəyini əsirgəməyən hər kəsdən razı olsun, özüm də yaxşı uşaqlarla tanış oldum kurs vaxtları, universitetin 2-ci 3-cü kurs tələbələri idi, sumkamı qəpik quruş pulumu da onlar saxlayırdı çöldə, biz İmtahana daxil olmanda çöldə ətrafda valideyinlər Allaha yalvarıb, övladlarına xeyir dua edib get, İnşallah, kecəksən dedilər. Səhv eləmirəmsə 8 avqust idi isti hava, vəziyyət gərgin, ətrafıma göz gəzdirdim, illər sonra ilk dəfə içimdə kaş ki, mənim də Atam həyatda mənlə bərabər burda olsaydı dedim, məndən qabaq imtahandan sevinclə çıxan uşaqlar qaçıb Valideyininə sarılıb, keçdim,keçdim, deyirdilər. birini xatırlayıram, Oğlun öpüb, Atan sənə qurban, aslan balam! Anasının- gözümün işığı, gördün keçdin. Mənimsə ətrafa baxıb gözümün bulut tək dolmağı hələ də yaddaşımda qalmaqdadı. Fırlandım universitetin arğa tərəfinə uşaqlar gördü görüşdü, çantadan telefonu götürüb nənəmi yığdım, Nənə, qəbul oldum. Uşaqlar da bu anda bildilər qəbul olduğumu.
Bəli, borclu olduğum insanlar çoxdur. Başda Anama və Nənəmə, bir də mənə doğma xala istiliyin yansıdan Könül xalama minnətdaram. Əvəz olunmaz nənəm Atam oldu, məni bakıya o yola saldı, nə az nə çox, biz kasıbların gözündə dəyəri yüksək olan 130 manat qocalıq təqaüdün alıb mənə verib, göz yaşları içində yola saldı,qəbul oldum, xəbərini ilk o, alıb yenə göz yaşlarına boğuldu.
Könül xanım qəhrəman qadın, yaxşılıq mələyim isə pulumun tükənən vaxtı özünü mənə yetirdi. Axı nənəmin verdiyi 130 manatla 3 ayı yola vermişdim, xalam gəldi, əlində valiz, bir çanta dolusu geyim və 100 manat pul. Bu,mənə qəribə gəlirdi. Heç bir qohumdan bu qədər pul almamışam, bu məbləğ mənə çox gəlirdi, birinci götürmürdüm, həm utanmaq, həm də pulun böyüklüyü məni çəkindirdi. Xalam dediyim insan mənim Anamın bibisi qızıdı, bəli, bibisi qızı, doğma xalaların eləmədiyini mənim bu doğmam elədi !... Nəysə, gördü ki, götürmək istəmirəm, dedi, xətrimə dəydin, deməli sən məni xala gözündə görmürsən, qınamıram, yəqin doğma xalan olsam götürərdin, dedi və gözləri doldu. Mən də bu sözlərdən təsrilənib, utansam da götürdüm, amma, sizə izah edə bilmərəm ki, içimdə də bir sevinc və sevgi var idi, doğurdan da doğma bir xalamın olduğunu hiss elədim. Sanki, Allah mənə Ana yarısı bir xala da bəxş eləmişdi, düşünün, o 100 manat məni aylarla idarə elədi. Bu doplumumu Anam, Nənəm və Xalama borcluyam, onlara təşəkkür edirəm əllərindən öpürəm...

Gəlin çəkildiyiniz serialdan danışaq. Bu qədər məşhur aktyorlar olduğu halda, necə oldu ki, Sizi, gənc, universiteti yenicə bitirmiş bir oğlanı seirala, özü də baş rollardan birinə çəkdilər?

Mənə bu barədə məlumatı dəyərli sənətkar Rejissor, Aktyor Ramin Hacıyevin təklifindən sonra, proyektin daxilində bilmişəm. Mənə təklifi Xəzər Tv-in işçisi M-qrup dan Leyla xanım edib, “instagramda” yazdı mənə yeni proyektin olduğunu,Ramin Hacıyevin mənim nömrəmi istədiyini. Nömərmi yazdım. Dəyərli İnsan, gözəl sənətkar məni ofisinə dəvət etdi, orda doğma anam rolunu canlandıran, Əməkdar Artist Pantomim teatrının aktrisası Səbinə Hacıyeva ilə qarşaldım. Sən demə, elə ikimizi məxsusi olaraq bir gündə dəvət edib, bizi tanış etdi. ilk görüşdə isti münasibəti, əziz qardaş xitabı, səmimi rəftarı məndə ona qarşı doğma istəyi yaratdı, axı biz də irsidi humanistlik, mənə bir addım atana hər mövzuda 10 addım atıram, serialın mövzusu haqda informasiya verdi, bizim baş qəhrəmanın Oğuzun (Əli) və Ataxanın (İmdad) "qəhrəmanlarımızın həyat hekayəsini qısa danışdı, Oğuzun daun sindromlu olduğunu və cəmiyyətə onların günəşdən gələn pay olduqlarını təbliğ eləmək fikirdə olduğunu bildirdi. Orda az da olsa Ramin bəyin bu cür fərqli uşaqlara həssas baxıb, onları sevdiyi, bu mövzuya ürəkdən toxunduğunun fərqinə vardıq, sanki, cəmiyyətə car çəkib, onları ayıltmaq, fəqli uşaqlara davranışı yumşaltmaq əzmində olduğunu bu yolla çağırırdı. Mənə bildirdi ki, sənin şəkilini görmüşəm, bu obraz barədə ona çox tanımış aktorların şəkillərinin göstərildiyini, onun seçiminin məndən yana etdiyini bildirdi. Bunun səbəbi isə qeyri adi fakturaya və hər obrazı canlandırmağa malik simamın olduğunu bildirdi, ona görə də Ataxan obrazına uyuğunluğumu, məni aktyor kimi bu layihədə görmək istədiyini bildirdi... Mən də sevə - sevə qəbul etdim, axı belə mövzunu kim qəbul etməzdi. Mənə də maraqlı idi, indiyə kimi nifrət elədiyim həyat yaşantısı norkamaniyadır, onu necə təbliğ edib valideyinləri oyada bilərəm? Əlimdən gələni elədim və xaraqterimə zidd bir obraz yaratdım. Düşünürəm ki, bu səhnə çox insanı hər yöndən sarsıtdı. Kimi övladını, kimi qardaşını, kimisi də həyat yoldaşının ilk addımlarını xatırladı, bu, hər kəsə şamil edilmir, ancaq bir nüansı vurğulamaq istəyərəm ki, son zamanlar gənclərimizin düşkünü olduğu bir vərdişdir, bu səhnə isə valideyinləri övlada qarşı ciddi tədbir almağa, hər addımını dəyərləndirməyə, onların gələcəyini sığortalamağa çağırır... Bu serial bizlərə çox şey öyrətdi. Sirlərlə dolu ailələrin təbliği oldu... Ramin Hacıyev də bu obrazın öhtəsindən gəldiyimi görübmüş, bir gün xəstəxana çəkilişi idi, Atamı öldürməyə məcbur edilmişdim, amma bunu istəmirdim, çox çıxılmaz vəziyyətdə idim bu səhnəni oynayanda, mola saatı gəldi, onda Ramin Müəllim dedi, İmdad, öpürəm qaqaşım əla oynadın. Onda da o qədər ağlamışdım ki, gözümü yuma bilmirdim sanki tikan batırdı. Özləri də bildi mən heç vaxt qlisirin istifadə etməmişəm, yəqin ki, hələ həvəsli gənc aktyoram ona görə. Qiyməti sənətkarlar verər, nə deyim.
Sağ olsun Xalq artisti Xalidə Xanım Quliyeva, mənə dəyərli rəylər bildirdi, çox sevdiyini rolun öhtəsindən gəldiyimi, sanki illərdi ekranlarda imişəm kimi ifadələr işlətdi, çox rahatsan, sanki hər şey realdı səndə dedi. Danışığında sünilik yoxdu. Oğlum, çox bəyəndim, belə davam etsən səni daha da böyük yerlərdə görəcəyik dedi.
İrəvan Teatrının Aktrisası Sevinc Xanım Hüseynova da, eyni kəlamları işlətdi, biri birindən xəbərsiz, hətta, sevinc xanım bu sənətdə mənə ayaq üstə qalmaq üçün heç bir konfliktə daxil olmamağı, özümü qorumağı, bir sözlə sənətdə olan çəkişməli yolların daxilinə girməməyi tövsiyə etdi.
Serial gedə-gedə şeirini ifa etdiyim dəyəri böyük şair, Professor Vüqar Əhmədin öz taleyimə yaxın bildiyim bir şeirin ifa etmişdim. O da sağolsun,mənə yazıb, serialı maraqla izlədiyini, mənim şəxsi istedadım haqda gözəl fikirlər bildirmişdi. Hər birinə çox təşəkkür edirəm, əllərindən öpürəm !

-Çox sağ olun, İmdad bəy.
-Siz sağ olun.

OLKEPRESS.COM


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi