olkepress.com
olkepress.com

Akif Aşırlı: "İki sahil" çox ciddi və şərəfli qəzetçilik ömrü yaşayıb - VİDEO

10-07-2021, 17:51

Akif Aşırlı: "İki sahil" çox ciddi və şərəfli qəzetçilik ömrü yaşayıb - VİDEO


"İki sahil" qəzeti Azərbaycanın ilk müstəqil nəşrlərindən biri olmaqla yanaşı, müstəqil mətbuatın formalaşmasında və inkişafında məxsusi yeri və əhəmiyyəti olan bir qəzetdir. Bu qəzet adında parçalanan, bölünən Azərbaycanın vahidliyi ideyasını daşıdığı üçün həmişə maraq kəsb edir."

Bu fikirləri "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı "İki sahil"in 30 illik yubileyi münasibətilə qəzetin kollektivinə ünvanladığı təbrikində deyib.

A.Aşırlı qeyd edib ki, son 30 il müddətində Azərbaycan dövlətçiliyinin səlnaməçisi qismində çıxış edir: "Bu qəzet 30 il müddətində onlarla peşəkar jurnalistin yetişməsində müstəsna rol oynayıb. Bu gün də bu qəzetin redaksiyasında çalışmış, püxtələşmiş jurnalistlər Azərbaycan mətbuatının inkişafına öz töhfələrini verməkdədir.
30 il az vaxt deyil. Bu müddət ərzində "İki sahil" qəzeti həqiqətən də çox ciddi və şərəfli qəzetçilik ömrü yaşayıb.

Mən bu özəl və xoş gün münasibətilə bütün həmkarlarımı təbrik edirəm. Hesab edirəm ki, ən çətin və maraqlı dönəmdə klassik qəzetçilik ənənələrinin yaşamağı uğrunda mübarizə bu qəzetin rolunu hələ qarşıdakı dövrdə də görə biləcəyik.

Əziz həmkarlar, bayramınız mübarək!"




ölkıəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi