olkepress.com
olkepress.com

Kəlbəcərdə minaya düşərək xəsarət alanlardan birinin vəziyyəti ağırdır - VİDEO

4-06-2021, 18:51

Kəlbəcərdə minaya düşərək xəsarət alanlardan birinin vəziyyəti ağırdır - VİDEO


Bu gün səhər saatlarında Kəlbəcər rayonunda minaya düşərək xəsarət alan AzTV-nin rejissoru Emin Məmmədovun son durumu açıqlanıb.

Ölkəpress.com xəbər verir ki, bu barədə E.Məmmədov özü AzTV-nin efirində canlı bağlantıya qoşularkən deyib. Vəziyyətinin stabil və normal olduğunu deyən rejissor müayinə və müalicə olunduğunu bildirib: "Səhər tezdən bizi hospitala yerləşdiriblər, müayinə və müalicə ediblər. Sinəmi və digər nahiyələri yoxladılar, heç bir sınıq yoxdur, normaldır”. Hadisə nəticəsində xəsarət alanlardan biri - icra nümayəndəsi isə reanimasiyaya yerləşdirilib və vəziyyəti ağırdır.
Xatırladaq ki, iyunun 4-də saat 11 radələrində xidməti vəzifələrinin icrası ilə əlaqədar işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunmuş televiziya kanallarının və xəbər agentliklərinin əməkdaşlarının olduğu “Kamaz” markalı sərnişin avtomobilinin rayonun Susuzluq kəndi istiqamətində hərəkətdə olarkən tank əleyhinə minaya düşməsi nəticəsində 3 nəfər – Sirac Abışov (Az TV telekanalının operatoru), Məhərrəm İbrahimov (Azərtac xəbər agentliyinin əməkdaşı), Arif Əliyev (RİH başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini) həlak olub, digər 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri almaqla xəstəxanaya yerləşdirilib.



XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi