olkepress.com
olkepress.com

"Space" TV-yə yeni rəhbər təyin olundu

20-05-2021, 18:13

"Space" TV-yə yeni rəhbər təyin olundu


“Space" teleradio şirkətinə yeni rəhbər təyin olunub.

Ölkəpress.com Dominant.az-a istiandən xəbər verir ki, sözügedən vəzifəyə Əməkdar incəsənət xadimi Müşfiq Hətəmov gətirilib. O, bu gün kollektivə təqdim edilib.
Qeyd edək ki, ssenarist, kinoprodüser Müşfiq Mürşüd oğlu Hətəmov 2011-ci ildən 2019-cu ilədək “Azərbaycanfilm" kinostudiyasının direktoru olub. 2016-cı ildə Azərbaycanın Əməkdar incəsənət xadimi adına layiq görülüb.

Xatırladaq ki, 2006-2021-ci illərdə "Space"in rəhbəri vəzifəsində çalışan Vaqif Mustafayev bu ilin əvvəlində işdən çıxarılıb. Daha sonra şirkətin rəhbər vəzifəsinin müvəqqəti icrası televiziyanın baş prodüseri Kamil Şahverdiyevə tapşırılıb. May ayının 5-də isə "Space" teleradio şirkətinə Ülviyyə Mikayılova təyinat alsa da, beş gün sonra o, tutduğu vəzifədən istefa verib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi