olkepress.com
olkepress.com

Alimpaşa Məmmədovun maralları ac qalıb - VİDEO

7-05-2021, 16:07

Alimpaşa Məmmədovun maralları ac qalıb - VİDEO

Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədovun maral ferması baxımsız vəziyyətə düşüb.

Baku TV xəbər verir ki, A.Məmmədovun həbsinə qədər hər gün heyvanlara palıd qozası və xüsusi yen verilirdi. İndi isə necə deyərlər “yetim” qalan marallar quru samana möhtacdır. 30-a yaxın maral ac və baxımsız vəziyyətdə qalıb.
Maral əsasən çöl heyvanıdır və meşələrdə yaşayır. Azərbaycanda bu heyvanların sayı çox deyil və onların fermada saxlanması ilk hadisədir. Bu ilkə isə Alimpaşa Məmmədov imza atıb.

Maral ferması ilk olaraq rayonun Çənlibel kəndində qurulub. Bahalı qiymətə alınan marallar məhz bu kəndə gətirilib. Sonra keçmiş icra başçısı fermanı daha yaxın əraziyə - Kür qəsəbəsinə köçürüb.

Ətraflı süjeti təqdim edirik:



ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi