olkepress.com
olkepress.com

Yaqut Qarayeva: “Azərbaycanda laboratoriyalarda ştammlarla bağlı testlər aparıla bilir”

6-05-2021, 12:12

Yaqut Qarayeva: “Azərbaycanda laboratoriyalarda ştammlarla bağlı testlər aparıla bilir”

“Keçən ildən başlayaraq elan edilən koronavirus pandemiyası hələ də davam edir. Dünyada yoluxanların sayı 155 milyonu, ölənlərin say isə 3 milyonu keçib”.

Oxu.Az-ın müxbirinin verdiyi məlumata görə, bu sözləri Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi brifinqdə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası departamentinin müdiri Yaqut Qarayeva deyib.

O qeyd edib ki, dünyada gün ərzində 800 mindən çox yeni yoluxma qeydə alınır:
“Son yoluxma siyahısında Hindistan, Braziliya və ABŞ-ın adları var. Yüksək yoluxma isə daha çox Hindistanda müşahidə olunur. Hindistanda virusun yeni ştammının aşkarlandığı məlum olunub.

Qeyd edim ki, mutasiya virusa xas xüsusiyyətdir. Məsələn, qrip belə mutasiyaya uğrayır və bu mutasiyalar müxtəlif cür olur”.

“Azərbaycanda laboratoriyalarda ştammlarla bağlı testlər aparıla bilir. Azərbaycanda Britaniya ştammı ilə bağlı məlumat verilib, yeni ştamm aşkarlanarsa, bu barədə də məlumat veriləcək”, -deyə Y.Qarayeva deyib.

ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Nisan 2024    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi