olkepress.com
olkepress.com

Bu gün MSK-ya yeni sədr SEÇİLƏCƏK

27-04-2021, 12:17

Bu gün MSK-ya yeni sədr SEÇİLƏCƏK

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) yeni tərkibdə ilk iclası keçiriləcək.

İclasda təşkilati məsələlərə baxılacaq.

Həmçinin MSK üzvləri komissiyanın sədrini seçəcəklər.

Mənbənin “Report”a verdiyi məlumata görə, sədr vəzifəsinə Məzahir Pənahovun namizədliyinin irəli sürüləcəyi gözlənilir.

Qeyd edək ki, bu ay MSK üzvlərinin səlahiyyət müddəti bitdiyindən Komissiya yenidən formalaşdırılır. Komissiya ənənəvi qaydada 18 nəfərdən ibarət olacaq. Həmin şəxslərdən 6 nəfəri hakim Yeni Azərbaycan Partiyasını (YAP), 6 nəfər bitərəf deputatları, 6 nəfər isə parlamentdə azlıqda olan partiyaları təmsil edəcək.

Yeni tərkib Milli Məclisin bu gün keçirilən plenar iclasında təsdiqlənəcək.

ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Haziran 2025    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi