olkepress.com
olkepress.com

Xalq artisti Eldar Quliyev vəfat etdi

16-04-2021, 12:47

Xalq artisti Eldar Quliyev vəfat etdiAzərbaycanın Xalq artisti, tanınmış kinorejissor və ssenarist Eldar Quliyev 80 yaşında vəfat edib.

Bu barədə Ölkəpress.com-a Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının Mətbuat xidmətinin rəhbəri Əli Vəliyev məlumat verib.

O bildirib ki, Xalq artisti bu gün səhər dünyasını dəyişib.

Mərhumun harada dəfn olunacağı hələlik dəqiqləşməyib.

Qeyd edək ki, E.Quliyev yanvarın 18-də 80 illik yubileyi günü infarkt keçirərək xəstəxanaya yerləşdirilmişdi. O, fevralın 23-ü evə buraxılmışdı. Lakin vəziyyəti ağırlaşdığına görə aprelin 9-da yenidən xəstəxanaya yerləşdirilmişdi.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Mart 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi