olkepress.com
olkepress.com

Sərnişinlərin nəzərinə: Bəzi avtobusların hərəkət istiqaməti dəyişdirildi

15-04-2021, 19:58

Sərnişinlərin nəzərinə: Bəzi avtobusların hərəkət istiqaməti dəyişdirildiSabahdan Xudu Məmmədov küçəsinin Məhəmməd Hadi küçəsi ilə kəsişməsindən Qədir Məmmədov küçəsinə qədər olan hissəsində aparılan təmir-tikinti işləri çərçivəsində (yolda asfalt-beton örtüyünün yenilənməsi) avtomobillərin hərəkəti hissə-hissə məhdudlaşdırılacaq.

Bu barədə Ölkəpress.com-a Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.

Bildirilib ki, bu səbəbdən M1, M2, M6, 11, 43, 51, 57 və 104 nömrəli müntəzəm marşrutların hərəkət sxemləri aşağıda göstərilən qaydada müvəqqəti dəyişdirilib.

Dəyişikliyə əsasən, 51 və 57 nömrəli marşrutlar, X.Məmmədov küçəsi - Rahib Məmmədov küçəsi - Aşıq Ələsgər küçəsi - Ukrayna dairəsi ilə hərəkət edəcək.

M1,M2,M6,43 nömrəli marşrutlar isə “Həzi Aslanov” metro stansiyası istiqamətində Ukrayna dairəsi - Məhəmməd Hadi küçəsindən geriyə dönmə manevri etməklə, daha sonra öz hərəkət sxemi üzrə hərəkət edəcək.

104 nömrəli müntəzəm marşrut “Həzi Aslanov” metro stansiyası istiqamətində Gəncə prospekti - Vunqtau küçəsi - Ukrayna dairəsi - Məhəmməd Hadi küçəsi ilə geriyə dönmə manevri etməklə daha sonra öz sxemi üzrə hərəkət edəcək.

11 nömrəli müntəzəm marşrut Ukrayna dairəsi - Vunqtau küçəsi - Gəncə prospekti - Xudu Məmmədov küçəsi - İlqar Zülfüqarov küçəsi ilə hərəkəti müəyyən edilib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Nisan 2024    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi