olkepress.com
olkepress.com

Gediş haqqı 10 qəpik aşağı salındı - VİDEO

12-04-2021, 11:25

Gediş haqqı 10 qəpik aşağı salındı - VİDEOPirallahı, Zirə, Türkan və Qala qəsəbələrindən paytaxtın mərkəzinə sərnişinlər daha tez və rahat çatacaqlar. Bu məqsədlə Qala qəsəbəsində yeni nəqliyyat mübadilə məntəqəsi tikilib.

Pravda.az xəbər verir ki, əraziyə dayanacaqlar qoyulub və yeni marşrut xətti açılıb.
Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayevin sözlərinə görə, bu qəsəbələrdən paytaxta gələn sərnişinlər mübadilə mərkəzində düşərək ''BakuBus''un yeni avtobuslarına minəcəklər. Həmin avtobuslar isə sərnişinləri əvvəlki kimi Ramana qəsəbəsinin içindən keçməklə deyil, birbaşa hava limanı yolu ilə ''Koroğlu'' metrostansiyasına gətirəcək.
Mais Ağayev həmçinin bildirib ki, sərnişinlərin narazılıqları nəzərə alınaraq 101, 150 və 187 saylı marşrut avtobusları da yenilənib. Əvvəllər "3 Nömrəli Bakı Avtonəqliyyat Müəssisəsi"nin müvqqəti istismarında olan bu xətlər indi istehsalat bazası olan daşıyıcı şirkətlərin birinə həvalə edilib.
Mais Ağayev yeni dəyşikliklərin gediş haqqına təsir edib-etməməsi məsələsinə də münasibət bildirib. Deyib ki, əvvəllər Pirallahıdan "Koroğu"ya gəlmək 90 qəpik idi, indi isə sərnişinlər 10 qəpik az ödəməli olacaqlar. Digər istiqamətlərdə isə qiymətlər dəyişməyib.



ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Haziran 2025    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi