olkepress.com
olkepress.com

Bugünkü yoluxma rəqəmləri reallığı əks etdirmir - VİDEO

2-04-2021, 18:09

Bugünkü yoluxma rəqəmləri reallığı əks etdirmir - VİDEOBayram günlərində ictimai nəqliyyat işləmədiyi üçün bu gün deyə bilərik ki, koronavirusa yoluxma sayının artmasının ən çox baş verdiyi məkanlar kafe-restoranlardır.

Bunu “ARB 24”ün “Gündəm” verilişinə açıqlamasında infeksionist Vüqar Cavadzadə deyib. O bildirib ki, sözügedən məkanlarda karantin davranış qaydalarına riayət olunmur və müştəri sayı sahənin tutumuna uyğun deyil:

“Bayram günlərində ictimai nəqliyyat işləsəydi, yoluxma sayı daha çox olacaqdı. Müşahidələrimə əsasən deyə bilərəm ki, son günlər ambulator şəraitdə müalicə etdiyim insanların əksəriyyəti bayram günlərində təşkil edilən məclislərdə yoluxub. Bu yoluxmalar isə daha çox ailədaxili yoluxmalar olub”.

V. Cavadzadə bildirib ki, yoluxma sayında artım bu cür davam edərsə, karantin sərtləşdirilə bilər:

“Epidemik alovlanmanın qarşısı alınmasa, yoluxma sayı daha da artacaq. Bu halda isə təbii ki, sərt karantin tədbirlərinin tətbiq olunması gözlənilən olar.



ölkəpress.com

Onu da qeyd edim ki, bayram günlərində vətəndaşların testlərlə bağlı müraciəti azaldığı üçün hazırda gündəlik açıqlanan rəqəmlər reallığı əks etdirmir”.

ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Haziran 2025    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi