olkepress.com
olkepress.com

Bu il Həcc ziyarəti olacaq? - QMİ-dən AÇIQLAMA

29-03-2021, 11:45

Bu il Həcc ziyarəti olacaq? - QMİ-dən AÇIQLAMABu il Həcc ziyarətinin baş tutub-tutmayacağı ilə bağlı Səudiyyə Ərəbistanı tərəfindən hələ ki məlumat verilməyib.

Bunu Trend-ə Qafqaz Müsəlmanları İdarəsindən bildiriblər.

Qeyd edilib ki, Həcc ziyarətinin təşkilinə başlanılması üçün Səudiyyə Ərəbistanından bildiriş gəlməlidir, yəni ziyarətin keçirilib-keçirilməyəcəyi barədə dəqiq məlumat verilməlidir:

“Hələ ki bu bildiriş gəlməyib. Azərbaycandan getmək istəyənlər var və əgər razılıq verilərsə, müraciətlər toplanılacaq. Səudiyyə Ərəbistanı tərəfindən yaxın günlərdə razılıq gəlsə, vaxt baxımından ziyarəti təşkil etmək mümkündür.

Lakin bildiriş aprelin axrına doğru gəlsə, vaxta görə ziyarətin təşkil edilməsini çatdırmaq mümkün olmayacaq”.

ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Haziran 2025    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi