olkepress.com
olkepress.com

Azərbaycanda daha iki zəlzələ hiss olunub

23-03-2021, 13:54

Azərbaycanda daha iki zəlzələ hiss olunubMartın 23-də yerli vaxtla saat 08:31-də Xəzər dənizində zəlzələ qeydə alınıb.

Ölkəpress.com xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Məlumata görə, 3,2 bal gücündə qeydə alınan zəlzələnin ocağı 62 kilometr dərinlikdə yerləşib.

Zəlzələlərin tədqiqatı bürosunun yaydığı digər bir məlumata görə, yerli vaxtla saat 09:46-da İran ərazisində də zəlzələ qeydə alınıb.

Maqnitudası 4,5 olan təkanlar 7 km dərinlikdə qeydə alınıb. İranda qeydə alınan yeraltı təkanlar Naxçıvan Muxtar Respublikasının sərhədə yaxın ərazilərində 3 bala qədər hiss olunub.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Haziran 2025    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi