olkepress.com
olkepress.com

Füzuli Rayon İcra Hakimiyyətinin başçısı vaksin vurdurdu

19-03-2021, 17:06

Füzuli Rayon İcra Hakimiyyətinin başçısı vaksin vurdurdu
Ölkəmizin bütün regionlarında olduğu kimi Füzulidə də Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq COVID-19 infeksiyasına qarşı mübarizə məqsədilə əhalinin peyvənd olunması uğurla həyata keçirilir.

Martın 18-də Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev Mərkəzi rayon Xəstəxanasına gələrək vaksinasiya prosesinin gedişi ilə maraqlanıb, burada yaradılmış şəraitlə tanış olub. Peyvənd olunan vətəndaşlara vaksinasiyanın vacibliyi və bu sahədə dövlətin gördüyü işlərlə bağlı ətraflı məlumat verib. Sonra İcra başçısı xəstəxanada tibb işçilərinin nəzarəti altında COVID-19 pandemiyası əleyhinə ikinci doza peyvənd olunub.

ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Haziran 2025    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi